Menu

Türkdilli ölkələrin Xizək Kurortları İttifaqı yaradılıb

26.09.2024, 23:28
Türkdilli ölkələrin Xizək Kurortları İttifaqı yaradılıb

Türkdilli ölkələrin Xizək Kurortları İttifaqı yaradılıb. “Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) “X”dəki hesabında paylaşım edilib.

Qeyd edilir ki, aparıcı dağ kurortları: Şahdağ, Şımbulaq, Uludağ və Əmirsoy 23 sentyabr 2024-cü il tarixində İstanbuldakı Türk Dövlətləri Təşkilatının Katibliyində türkdilli ölkələrin Xizək Kurortları İttifaqının yaradılması haqqında anlaşma memorandumu imzalayıblar.

Şərhlər

dadaşyev 2024-09-27 01:51:37

Aaaa!Nə yaxşı!Mən də hey fikirləşirdim ki,görəsən nəyimiz çatmır.Kurort ittifaqı imiş çatmayan.Özü də xizək.Ay amaaan!Necə olub ki ağlıma gəlməyib bu?Səhər-axşam qırqovul-hinduşka kababı yeməkdən qırılırıq,əşşi bunu eliyin dəə,Allah evinizi tiksin,eliyin ki kababdan sonra çıxaq xizək sürək də kurortlarda.Şappaşap yetim malı yeməkdən qarnımız hamilə qarnı kimi sallanıb.Əridək də piylərimizi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol