Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtondan Qərb raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazə almamış qayıdacaq.
“AzPolitika” xəbər verir ki, “The Times”ın yazdığına görə, Prezident Co Bayden və vitse-prezident Kamala Harrislə görüşləri zamanı Zelenski onları Britaniyanın “Storm Shadow” və Amerikanın “ATACMS” raketləri ilə Rusiya ərazisinə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırsa da, əvəzində müsbət cavab almayıb.
Beləliklə, ABŞ bu məsələdəki mövqeyində dəyişiklik etməyib. Ukraynaya hələlik icazə verilməsə də, Bayden tərəfindən daha bir böyük yardım paketi verilməsilə bağlı qərar qəbul edilib. Bundan bir gün əvvəl isə Putin demişdi ki, Qərbin dəstəklədiyi bir ölkənin Rusiya Federasiyasına böyük hava hücumu nüvə zərbəsilə cavablandırıla bilər.
“AzPolitika.info”


Şərhlər