Menu

ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 65-ə çatıb - FOTO

29.09.2024, 17:30
ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 65-ə çatıb - FOTO

ABŞ-nin cənub-şərqində "Helen" qasırğasının ölkəni vurması nəticəsində azı 65 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qasırğa səbəbindən Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarının təxminən 2,68 milyon sakini işıqsız qalıb.

Bundan əvvəl "Helen" qasırğasının 60 nəfərin həyatına son qoyduğu bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol