Vüqar Gəncəli oğlu Rəhimzadə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyev isə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunub.
APA xəbər verir ki, bu barədə məsələyə YAP İdarə Heyətinin bugünkü iclasında baxılıb.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar. Tahir Budaqov hər iki şəxsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Şərhlər
Görəsən Şəkinin YAP-nın sədri Daşqın Mikayılov nə vaxt sədr vəzifəsindən kənarlaşacaqdır ? Partiya sədri böyük nüfuz sahibi olmalıdır !
Tahir budaqov 2 vezife dasiyir. Bu qanunla qadagandir. Niye gormezlikden gelirler? Hec kim coreyi qulagina yemir.