Menu

Bu universitetin sektor müdiri rüşvətə görə işdən çıxarıldı

30.09.2024, 22:48
Bu universitetin sektor müdiri rüşvətə görə işdən çıxarıldı

Gəncə Dövlət Universitetinin sektor müdiri rüşvətə görə işdən çıxarılıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentlik Gəncə Dövlət Universitetində baş verən neqativ halla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdır: "Faktla bağlı araşdırılma aparılıb və müvafiq tədbir görülüb. Belə ki, Gəncə Dövlət Universitetinin Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində yol verdiyi ciddi nöqsanlara görə 30.09.2024-cü il tarixində tutduğu vəzifədən azad olunub".

Şərhlər

RR 2024-10-01 07:39:23

Rúshvet almaqa qóre, tutub basillar dama, day ishden cixartmirlar ! bilesiz ! ona qórede rushvet alirlar memurlar, bilirlerki en azindan ishden cixaracaqlar .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol