Məlum olduğu kimi, İran bu günlərdə İsrailin bir çox şəhərlərinə, xüsusən də Təl-Əvivə 200-dən çox raketlə hücum həyata keçirib.
"AzPolitika" xəbər verir ki, "Reuters" nəşri hücum zamanı istifadə olunan raketləri və onların ümumi dəyərini hesablayıb.
Qeyd olunub ki, İran sözügedən hücum zamanı "Zülfiqar" və "Kadir" raketlərindən istifadə edib.
Hesablamalara görə, hər bir "Zülfiqar" və "Kadir" raketinin qiyməti 500 min dollarla 1,5 milyon dollar arasında dəyişir. Əməliyyatın İrana təxminən 600-800 milyon dollara başa gəldiyi bildirilir.
Qeyd edək ki, bu raketlərin əksəriyyəti ABŞ Mərkəzi Komandanlığı ilə əməkdaşlıq çərçivəsində İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib. Bir neçə raket isə İsrailin müxtəlif bölgələrinə düşüb.
"AzPolitika.info"


Şərhlər