Menu

Rusiya parlamenti Ermənistanın Avrasiya yolunu açdı

10.12.2014, 13:16
Rusiya parlamenti Ermənistanın Avrasiya yolunu açdı

“Media forum” saytı xəbər verir ki, dekabrın 10-da Rusiya Dövlət Duması Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni ratifikasiya edib.

Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb.

Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni dekabrın 4-də ratifikasiya edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol