Menu

Sumqayıt-Bakı qatarında texniki problem olub

04.10.2024, 09:01
Sumqayıt-Bakı qatarında texniki problem olub

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol