Əgər prezident seçkilərində Donald Tramp məğlub olarsa, Demokrat Partiyası qeyri-leqal miqrantları kütləvi surətdə leqallaşdıracaq.
APA-nın xəbərinə görə, bunu amerikalı milyarder iş adamı İlon Mask X sosial şəbəkəsində paylaşımında bildirib.
“SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi olan iş adamı qeyd edib ki, bu halda o qədər qeyri-leqal miqrant leqallaşdırılacaq ki, hər hansı tərəddüd müşahidə olunacaq ştat qalmayacaq və ABŞ birpartiyalı sosialist ölkə olacaq.
Qeyd edək ki, İlon Mask prezident seçkilərində Donald Trampı dəstəkləyir.


Şərhlər
Bilirsinizmi bunun kürkünə niyə bit düşüb? Çünki it ağacdan qorxan kimi varlılar da sosializmdən qorxur. Lenin tamamilə düz deyirmiş. Kapitalizm doğrudan da bütün insanlağın Tramplar , Masklar, oliqarxlar və patronlar tərəfindən əsarət altında saxlanılması deməkdiir.