Menu

“Rusiya Trampı, İran Harrisi istəyir” – ABŞ kəşfiyyatı

08.10.2024, 13:51
“Rusiya Trampı, İran Harrisi istəyir” – ABŞ kəşfiyyatı

ABŞ-dəki prezident seçkilərində Rusiya Donald Trampın, İran isə Kamala Harrisin qələbəsində maraqlıdır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Milli Kəşfiyyat Direktoru Ofisinin son hesabatında belə deyilir.

Hesabata görə, Rusiya, İran və Çinin ABŞ ilə bağlı siyasi hədəflərində heç bir dəyişiklik müşahidə olunmur. Xüsusilə Rusiya və İranın seçkilərə müdaxilə imkanlarından istifadə etməyə çalışdıqları qeyd olunur.

Eyni zamanda, kəşfiyyat rəsmilərinin qeyd etdiyi kimi, Rusiya və İran gələcək prezidentin kimliyi ilə bağlı fərqli mövqeyə malikdir.

Hesabata görə, Rusiya ABŞ-nin keçmiş prezidenti Donald Trampın şanslarını artırmağa yönəlmiş təsir kampaniyalarını davam etdirir və eyni zamanda vitse-prezident Kamala Harrisin kampaniyasına zərər vurmağa çalışır.

Kəşfiyyat rəsmiləri hesab edirlər ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu agentləri Trampın kampaniyasını hədəf alan haker hücumları və digər əməliyyatlar keçirir, respublikaçıların namizədinə zərər vururlar. Bütün bunlar eyni zamanda, Harrisi dəstəkləməyə yönəlib.

ABŞ kəşfiyyatının məlumatına görə, Çin hələ ki, ABŞ prezidentlik kampaniyasına müdaxilə etməyib. Onun səyləri daha çox Pekinin maraqlarına qarşı olan və Konqresə seşiləcək yerli namizədlərlə mübarizəyə yönəlib.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-10-08 17:05:22

ABŞ-da seçilənlərin hər ikisidə silah sənayesinin namizədləridir,birdə prezidentlər üzdə olduğu üçün əsas onların qərarını sahırlar amma pərdə arxasında MKİ-si və İngiltərə krallığın siyasi təbəqəsi durur,bunların hamısını Rusya və İran gözəl bilir,bir sözlə ABŞ-larında keçirilən seçkilər xalqın başlnı dünyanın isə sadəlöv dövlətlərini aldatmaq üçündür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol