Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.
"Report"un Moskvaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında deyib.
“Biz hər il Birliyin mədəniyyət paytaxtını seçirik və o, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan parlaq, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək”, - V.Putin bildirib.


Şərhlər
PUTINİN NE DEXLİ VAR LAÇINA.........
Bu saxta evcik-evcik oyunu SSRİ-dənqalma savaddankənar və kustar ənənədir. XXI əsrin insanını belə primitiv tilovla tutub hansısa proyektə çəlb edə bilməzsiniz. Əslində primitiv və ibtidai olan siz özünüzsnüz.