Menu

Rusiya aktivlərindən Ukraynaya daha 35 milyard avro – Avropa İttifaqı səfirləri razılaşdı

10.10.2024, 11:21
Rusiya aktivlərindən Ukraynaya daha 35 milyard avro – Avropa İttifaqı səfirləri razılaşdı

Avropa İttifaqı (Aİ) səfirləri Ukrayna üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin olunmuş 35 milyard avro məbləğində kreditin verilməsinə razılaşıblar.

“AzPolitika” xəbər verir ki, bu barədə Qərbin aparıcı media qurumları məlumat yayıb.

Aİ Şurasının bəyanatında deyilir: “Maliyyə yardımı Rusiyanın Ukraynaya təcavüzünün artması səbəbindən Ukraynanın təcili maliyyə ehtiyaclarını dərhal ödəməyə yönəlib”.

Qeyd olunur ki, Rusiya aktivlərinə qarşı sanksiyaların uzadılması məsələsi Macarıstanın müxalifliyi səbəbindən hələ də həll olunmayıb.

Bundan əvvəl Macarıstanın maliyyə naziri Mihali Varqa bildirmişdi ki, Budapeşt Aİ-nin Rusiyanın dondurulmuş aktivlərinə qarşı sanksiyalarının dəyişdirilməsini dəstəkləməyəcək və bu, Ukraynaya kredit verməyə imkan verəcək. Onun sözlərinə görə, Budapeşt bu qərarı verməklə 2024-cü il noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərinə qədər gözləmək istəyir.

G7 öhdəlikləri çərçivəsində Ukraynaya 35 milyard avro məbləğində kreditin ayrılması 20 sentyabr 2024-cü ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən açıqlanıb. Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə fon der Leyenlə keçirdiyi brifinqdə izah edib ki, bu pulların enerjiyə, bomba sığınacaqlarına və qismən silahlara, eləcə də hava hücumundan müdafiəyə xərclənməsi planlaşdırılır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol