Menu

Ruslar müharibənin dayandırılmasını istəyir – Kreml təbliğatına inananların sayı kəskin azalıb

10.10.2024, 11:28
Ruslar müharibənin dayandırılmasını istəyir – Kreml təbliğatına inananların sayı kəskin azalıb

“Levada Mərkəzi”-nin sentyabrda keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının demək olar ki, yarısı (47%) Rusiya qoşunlarının Ukraynaya müdaxiləsinin xeyirdən çox zərər gətirdiyi qənaətindədir. Qeyd olunur ki, bu, genişmiqyaslı müharibənin başlanmasından bəri ən yüksək göstəricidir.

Eyni zamanda, il ərzində Putinin başlatdığı qondarma “xüsusi hərbi əməliyyatın” faydalarına arxayın olanların payı on pillə azalıb (38-dən 28%-ə düşüb).

Döyüşlərin yaxşı getdiyinə inanan rusların sayı da azalır. Fevralda belə vətəndaşlar 70% idi; indi onların payı on bənd azalıb.

Artıq sentyabr ayında respondentlərin 54%-i sülh danışıqlarının aparılmasının tərəfdarı olub.

2016-cı ildə Yuri Levadanın qeyri-hökumət analitik mərkəzi “Levada Mərkəzi” Rusiya hakimiyyəti tərəfindən “xarici agent” elan edilib. Təşkilat bununla razılaşmır. Dəfələrlə qeyd olunub ki, “Levada Mərkəzi”-in sorğularının nəticələri dövlət sosioloji xidmətlərinin sorğularının nəticələrindən xeyli fərqlənir.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-10-10 12:51:36

Məncə ukrayniyalarda qərbin onlara ixrac etditi nifrətçi millətçilikdən əl çəkmək istəyir,amma hakimiyyəti idarə edən quvvələr xalqın istəyinə imkan vermir,necəki rusyada eynilə xalqın istəyini yox öz hakimiyyətini qorutub saxlamaq istəyi kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol