Menu

BİZİ NƏLƏR GÖZLƏYİR? – İran-İsrail savaşı, Ukrayna-Rusiya müharibəsindən gözləntilər, Gürcüstandakı seçkilər

12.10.2024, 11:41
BİZİ NƏLƏR GÖZLƏYİR? – İran-İsrail savaşı, Ukrayna-Rusiya müharibəsindən gözləntilər, Gürcüstandakı seçkilər

Fərhad Məmmədov

(Politoloq)

Biz hamımız istər regionumuzda, istərsə də qonşularda yaxın iki-üç ildə əsas tendensiyaları müəyyən edəcək hadisələr ərəfəsindəyik. Azərbaycan bu hadisələrə, proseslərə heç bir şəkildə təsir edə bilməz. Müsbət sayıla biləcək gedişat müəyyənlik olacağı, onun şərtləri altında öz mövqeyimizi formalaşdırmağımızdır. Gəlin, təsir dərəcəsini, riskləri və imkanları nəzərə alaraq hadisələri və prosesləri nəzərdən keçirək:

- İsrail və İran arasındakı müharibə gzlənilən hadisələr siyahısına düşüb və bu gün regionumuz üçün ən böyük riskləri daşıyır. İsrail rəhbərliyi ABŞ rəhbərliyinin zəifliyindən istifadə edərək, bir tərəfdən ABŞ-də seçki kampaniyasının gedişatının moderatoru olmağa, digər tərəfdən isə “yerdə” ABŞ Prezidentinin hesablaşmalı olacağı reallıqlar yaratmağa çalışır.

İsraillə İran arasında proseslər eskalasiya spiralvari sürətlənir və gərginliyin pik nöqtəsi hələlik görünmür. Güman etmək olar ki, gərginlik ABŞ seçkiləri ərəfəsində yalnız artacaq. Mümkün eskalasiya variantlarının forması ABŞ-nin nəzarətində olan qarşılıqlı zərbələrdən tutmuş, təkcə İran və İsrailin ərazisində deyil, həm də qonşu ölkələrə qarşı irimiqyaslı bombardmanlara qədər dəyişir...

- Gürcüstanda parlament seçkilərinin nəticəsi kənar qüvvələrin bölgədəki proseslərdə iştirak imkanlarına təsir edəcək. Ehtimal etmək olar ki, hazırkı hökumət qalib gəlsə, Gürcüstanın region ölkələri ilə münasibətlər sistemləri dəyişməyəcək, lakin münasibətlərin xarici perimetri dəyişəcək. Müxalifət qalib gəlsə, Gürcüstan ən azı bir illik turbulensiya ilə üzləşəcək və bu müddət ərzində xarici əlaqələr son həddə qədər sınaqdan keçirilə bilər. Region ölkələri üçün ən mənfisi vətəndaş qarşıdurması və proseslərin konstitusiya müstəvisindən çıxmasıdır...

- Noyabrın əvvəlində ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəlləri proqnozlaşdırılan deyil. Seçkilərin nəticəsinə həm daxili dinamika, həm də xarici amillər təsir edir. Baydenin avtokratik qərarı nəticəsində Demokratlar Partiyasının namizədi olmuş K.Harris əslində xatırlanmır və onun səslərini artıran bütün amillər ya Trampın özündən, ya da Bayden administrasiyasının fəaliyyətindən qaynaqlanır. Harrisi yüksək səviyyədə tanıtmaq üçün inzibati resurslardan o qədər istifadə edilir ki, bundan sonra 3 həftə ərzində Ağ Evdən ən radikal addımlar gözləmək mümkündür. Bir şey aydındır ki, ABŞ-də kimin prezident olmasından asılı olmayaraq, xarici siyasətin əsas aktorlarının (prezident, dövlət katibi, milli təhlükəsizlik üzrə müşavir) yerdəyişməsi baş verəcək. Yeganə fərq ondadır ki, K.Harris seçkilərsə 2025-ci il yanvarın 20-dən - inauqurasiya günündən əvvəlki aralıq müddət ərzində Bayden administrasiyası qərarları seçilmiş prezidentlə məsləhətləşərək qəbul edəcək. Ancaq Tramp seçilərsə, Bayden administrasiyası “dəli printer” rejimində seçilmiş prezident Trampla koordinasiya etmədən qərarlar qəbul edəcək.

- Avropa Parlamentinə seçkilərdən sonra Avropa Komissiyasının formalaşdırılması başa çatıb. Aİ Şurasının sədrinin mövqeyi hələ ki boş qalır. Bu vəzifə üçün uyğun şəxs müəyyən edildikdən sonra Aİ-nin icra strukturları tam tərkibdə işə başlayacaq. Görək, Aİ-də kimlər Cənubi Qafqaz mövzusunu “öz hekayəsi” kimi götürəcək.

- Ukraynadakı müharibə. Yayda müharibədən gözləntilər çox böyük idi, lakin Qərbin Ukraynaya təxribata bənzəyən “dozalı” hərbi dəstəyi vəziyyəti o yerə çatdırdı ki, Ukraynanın Kursk əməliyyatı Rusiya ilə müharibəyə heç bir təsir göstərmədi. Rusiya Donbass istiqamətində hücumunu davam etdirir.

Diplomatik yolda vəziyyət daha da pisdir, çünki Ukrayna özü tərəfindən çağırılan sülh konfransında Rusiyanın iştirakını qəbul etməyə sövq edilir; Çin və Braziliyanın alternativ təklifi dünyada getdikcə daha çox dəstək alır. Söhbət artıq əsas şərt kimi Ukrayna ərazilərinin işğaldan azad edilməsindən yox, Ukraynaya sadəcə atəşkəs dövründə təhlükəsizlik zəmanəti və iqtisadi yardım təkliflərindən gedir.

Şərhlər

Tural 2024-10-13 10:07:09

Deputat olmalı idi nə əcəb olmadı? Rasim Musabəyov ağız burnun əyişdirə əyişdirə artıq bezdirib, bir az da bu olsun deputat

B.Qarabağlı 2024-10-12 16:55:36

Hələ 2020ci il Noyabr razılığına Peşkeş *Sülh* yolu-a)İşğalçıya sərhəddini bağla, b)Qloballaşmaqdan çəkil, c)Daxili *yaralar*ının bərpasına çalış! tezislərini açıqlamadımı? Sülhməramlı tarixində olubmu ki, Dövləti öz ərazisinə burxmasın?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol