Menu

UMİDALPMAN OPEN” beynəlxalq turniri başlayıb - Mehdi Səfərov birinci yeri tutub + VİDEO

12.10.2024, 16:03
UMİDALPMAN OPEN” beynəlxalq turniri başlayıb - Mehdi  Səfərov birinci yeri tutub + VİDEO

Azərbaycan Taekvondo Federasiyasının təşkilatı dəstəyi ilə 11-13 oktyabr tarixlərində FHN-nın İdman Sağlamlıq Mərkəzində təşkil olunan “UMİD|ALPMAN OPEN” beynəlxalq turniri dünən açıq elan edilib. Hazırda davam edən bu beynəlxalq yarışmada 4 ölkənin - Özbəkistan, Qazaxıstan, Gürcüstan və İran idmançıları iştirak edirlər.

Qeyd olunan mühüm tədbirin açılışında Gənclər və idman naziri Fərid Qayıbov, Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov yarışmaya gələn qonaqlar və yerli taekvondo klublarının idmançılarına uğurlar diləyib, öz arzu və istəklərini bildiriblər.

Dünənki yarışmada 27 kq üzrə yarışan idmançılar arasında "Cəsur" Taekvondo klubunun üzvü, Bakı şəhəri 74 saylı orta məktəbin 2-ci sinif şagirdi 2016-cı il təvəllüdlü Mehdi Altay oğıu Səfərov öz rəqiblərini yenərək birinci yeri tutub. O, tədbir təşkilatçıları tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Mehdi Səfərov öz idman həvəsi ilə bərabər, təhsilində də fərqlənir, şahmat və rəqs dərnəklərinə də vaxt ayırır. O Azərbaycan Bayrağını qürurla birincilər sırasına çıxardığı üçün öz müəllimlərinə təşəkkür edir və üzərində daha məsuliyyətlə işləyəcəyini özünə borc bilir.

"AzPolitika.info"





Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol