Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladıqları “zəfər planı”nı bu həftə Kiyevlə müttəfiq olan Avropa ölkələrinə təqdim edəcəklərini bildirib.
“AzPolitika” xəbər verir ki, “X” hesabından verdiyi açıqlamada ölkəsində davam edən müharibə ilə bağlı son hadisələri dəyərləndirən Zelenski, “zəfər planı”nın Rusiyanı müharibəni ədalətli şəkildə bitirməyə məcbur etmək üçün hazırlanan strategiya olduğunu qeyd edib.
Zelenski planı daha sonra Ukrayna xalqına təqdim edəcəklərini ifadə edərək, ““zəfər planı” əlbəttə ki, tərəfdaşlarımızdan aldığımız cavab əsasında ictimaiyyətə açıqlanacaq”,- deyə bildirib.
“AzPolitika.info”


Şərhlər