Menu

“Siz bizim qarşdaşlarımızsınız" - İran Prezidenti

15.10.2024, 14:31
“Siz bizim qarşdaşlarımızsınız" - İran Prezidenti

“Siz bizim qarşdaşlarımızsınız və bu iki ölkə arasında dostluq əlaqələrinin inkişafı bizim üçün çox dəyərlidir. Düşünürük ki, heç bir ölkənin suverenliyi gözardı edilməməlidir”.

"AzPolitika" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian dünən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüş zamanı deyib.

Pezeşkian birgə əməkdaşlığın genişləndirilməli olduğunu vurğulayıb və hər iki tərəfin ortaq tarixi, eləcə də mədəni cəhəltərin söz açıb.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkarın məhkəmə işi ilə bağlı gedişata da toxunan Pezeşkian, hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələni nəzarətdə saxlayacağını bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol