Menu

“Mask Venesuela hökumətini devirmək üçün 1 milyard dollar xərcləyib” – Maduro

15.10.2024, 15:54
“Mask Venesuela hökumətini devirmək üçün 1 milyard dollar xərcləyib” – Maduro

Venesuela Prezidenti Nikolas Maduro amerikalı milyarder İlon Maskı Venesuela hökumətini devirmək üçün ən azı 1 milyard dollar xərcləməkdə ittiham edib.

“AzPolitika” xəbər verir ki, ölkə televiziyasında yayımlanan “Maduro ilə+” adlı televiziya proqramında çıxış edən Maduro amerikalı milyarderə sərt mesajlar göndərib.

İyul ayında keçirilən prezident seçkilərindən sonra ifrat sağçıların ölkədə zorakılıq törətməyə və vəziyyəti sabitsizləşdirməyə çalışdıqlarını ifadə edən Maduro qeyd edib ki, həmin vaxt bu cəhdin arxasında ABŞ hökuməti dayanırdı.

Madruo iddia edib ki, Mask müxalifət lideri Mariya Korina Maçadonu terrorçu qruplara vəsait ayırmağı tapşırıb. Maskın məğlub olduğunu deyən Maduro, hazırda Venesuelada qanun, həqiqət, suverenlik, nizam və sülhün hökm sürdüyünü bildirib.

Xatırladaq ki, İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Maduro 51,95 faiz səslə seçkilərdə qalib gəlib. Bundan sonra müxalifət liderlərindən Mariya Korina Maçado seçki günü verdiyi açıqlamada rəqib namizəd Edmundo Qonzales Urrutiyanın məğlubiyyətini və onun kampaniyasını tanımayacağını bildirib. Ertəsi gün isə paytaxt Karakasda və ölkənin digər şəhərlərində ifrat sağçı ekstremistlər tərəfindən polis zabitlərinə və hərbçilərə qarşı iğtişaşlar və hücumlar başlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol