Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində rus əsgərlərinin təlim keçdiyi poliqonu vurub.

“AzPolitika” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

ABŞ-nin “Forbes” nəşrinin məlumatına görə, hücum nəticəsində xeyli sayda rus hərbçisi həlak olub. ABŞ nəşri yazır ki, sözügedən hücum zamanı “HİMARS” raketindən istifadə olunub.

“Ukraynaya məxsus PUA 15-ə yaxın rus əsgərinin təlim keçdiyini görüb və koordinatları Ukrayna ordusunun 27-ci Raket Artilleriya Briqadasının bölmələrinə ötürüb. Daha sonra isə HİMARS raketi ilə birbaşa hədəfə zərbə endirilib”,-deyə məlumatda bildirilir.

“Forbes” Rusiya qoşunlarının müntəzəm olaraq açıq havada təlimlər keçdiyini və bunun Rusiya ordusunda peşəkarlığın çatışmazlığını əks etdirən riskli təcrübə olduğunu qeyd edib.

“AzPolitika.info”