Menu

Qazaxıstan BRİKS-dən imtina etdi – “Yaxın gələcəkdə üzvlük üçün müraciət etməyəcəyik”

16.10.2024, 13:44
Qazaxıstan BRİKS-dən imtina etdi – “Yaxın gələcəkdə üzvlük üçün müraciət etməyəcəyik”

Qazaxıstan BRİKS-ə üzv olmağı planlaşdırmır, baxmayaraq ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev belə təkliflər alıb.

“AzPolitika” xəbər verir ki, bunu Kasım-Jomart Tokayevin sözçüsü Berik Uali yerli mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, Qazaxıstan quruma üzvlük ərizəsilə müraciət etməyəcək: “Hazırda və çox güman ki, yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə ərizə verməkdən çəkinəcək”.

Ualinin sözlərinə görə, BRİKS-ə qoşulmaq təklifləri dövlət başçısı tərəfindən “Qazaxıstanın milli maraqları baxımından” nəzərdən keçirilib: “Tokayev hələlik BMT-yə bütün aktual beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və alternativi olmayan təşkilat kimi üstünlük verir”.

Bununla belə, Tokayev BRİKS-in Rusiyada keçiriləcək sammitində qonaq kimi iştirak etmək niyyətindədir. BRİKS sammiti oktyabrın 22-də Kazanda başlayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol