Rusiya Silahlı Qüvvələri ötən gün Ukraynanın Nikolayev şəhərindəki zirehli maşın istehsal edən zavodu vurub.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda atılan raketlərdən beşinin zavodun binasına düşdüyü bildirilib.
Qeyd olunub ki, hücum nəticəsində 6-sı tank olmaqla 10 zirehli texnika məhv edilib.
Ukrayna tərəfi isə Nikolayev bölgəsinə təşkil olunan raket hücumu zamanı 1 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.
"AzPolitika.info"


Şərhlər