Ukrayna hakimiyyəti Şimali Koreyanın faktiki olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulduğunu bildirib. Medianın yazdığına görə, hazırda Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşən yüzlərlə koreyalı hərbçi mövcuddur.
“AzPolitika” xəbər verir ki, ukraynalı hərbi ekspert Pavel Narojnı “UNIAN”-a müsahibəsində Ukraynadakı müharibənin gedişatını dəyişmək üçün nə qədər Şimali Koreya əsgərinin lazım olduğuna dair açıqlamalar verib.
Ekspert qeyd edib ki, hazırda Şimali Koreya ordusunun sayının nə qədər olduğuna dair dəqiq məlumat yoxdur. O, hesab edir ki, hazırda bu hərbçilərin sayı 800 mindən 1,5 milyon civarındadır.
P. Narojnı hesab edir ki, döyüşlərin gedişatını dəyişdirmək üçün döyüşmək üçün cəbhədə təxminən 100 mindən çox Şimali Koreya döyüşçüsü olmalıdır.
“AzPolitika.info”


Şərhlər