Menu

Rusiyada xəyanətdə ittiham olunanların sayı kəskin artıb – Rəsmi statistika açıqlandı

18.10.2024, 12:11
Rusiyada xəyanətdə ittiham olunanların sayı kəskin artıb – Rəsmi statistika açıqlandı

2024-cü ilin ilk altı ayı ərzində Rusiyada dövlətə xəyanətdə 52 nəfər məhkum edilib ki, bu da 2023-cü ilin məlumatlarından 3,5 dəfə çoxdur.

“AzPolitika” xəbər verir ki, bu rəqəm Ədliyyə Nazirliyinin məlumatlarına əsaslanaraq, araşdırma jurnalistikası üzrə ixtisaslaşmış “Важные истории” internet agentliyi tərəfindən dərc edilib.

Ötən ilin birinci yarısında dövlətə xəyanətdə ittiham olunaraq 15 nəfər, 2022-ci ilin eyni dövründə 4, 2021-ci ildə 8, 2020-ci ildə 3 nəfər həbs edilib.

Nəşrin yazdığına görə, dövlətə xəyanətlə yanaşı, casusluqda təqsirli bilinənlərin sayı da artıb. 2024-cü ilin 6 ayı ərzində bu maddə ilə 18 nəfər məhkum edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 dəfə çoxdur.

Daha iki nəfər xarici dövlətlə əlbir olmaqda təqsirli bilinib. Bu maddə ilə məhkum olunanların sayı 2023-cü il ərzində eyni olub. Bundan əvvəl - 2022-ci ilin oktyabrından 2024-cü ilin iyuluna qədər bu maddə ilə azı 40 cinayət işi başlandığını bildirib.

Dövlət sirri ilə bağlı qanunsuz hərəkətlərə görə 96 nəfər məhkum edilib ki, bu da 2023-cü ilin 6 ayı ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Jurnalistlər qeyd edirlər ki, cəzaların artırılması “Dövlət sirrinin mühafizəsi tələblərinin pozulması” maddəsi ilə bağlıdır. Bu, Rusiyanı tərk edən və dövlət sirlərinə çıxışı olan vətəndaşlar üçün məsuliyyət nəzərdə tutur. Söhbət dövlət müəssisələrinin keçmiş işçiləri, mühəndislər, istefada olan hərbçilər və s-dən gedir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol