Almaniya hökumətinin sözçüsü Volfqanq Büxnerin sözlərinə görə, kansler Olaf Şolts oktyabrın 19-da İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
“AzPolitika” xəbər verir ki, Almaniya rəsmisinin dediyinə görə, danışıqların əsas mövzusu ikitərəfli münasibətlərlə bağlı məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət olacaq.
Türkiyənin “Hürriyyət” nəşri hökumətdəki mənbələrə istinadla yazır ki, Ərdoğan Şoltsla danışıqlar zamanı Berlinlə iqtisadi, siyasi, hərbi və enerji əməkdaşlığına diqqət yetirəcək. Həmçinin o, Aİ ilə münasibətləri canlandırmaq yollarını tapmağa ümid edir. Nəşr vurğulayır ki, Almaniya 21,5 milyard dollarla Türkiyənin ən böyük ixracatçısıdır və idxalda (27,5 milyard dollar) üçüncü yerdədir. Eyni zamanda qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsi İstanbul danışıqlarının “ən rezonanslı” mövzusu olacaq.
“AzPolitika.info”


Şərhlər