“ABŞ-da prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Rusiya Vaşinqton üçün düşmən olmasa da, şübhəsiz ki, rəqib olaraq qalacaq”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov AiF saytına müsahibəsində deyib.
“Seçkilərin nəticəsindən asılı olmayaraq, biz ABŞ üçün düşmən olmasa da, şübhəsiz ki, rəqib olaraq qalacağıq", - nazir bildirib.
Lavrovun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin Vaşinqtonun Rusiya ilə nüvə silahlarının ixtisarına dair ilkin şərt olmadan danışıqlara hazır olması barədə bəyanatları Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisə seçki xalları qazanmaq istəyidir.
Bir müddət əvvəl ABŞ Prezidenti Co Bayden dünyanın nüvə arsenalının tamamilə ləğvi üçün səy göstərməli olduğunu bildirərək, ABŞ-nin bu istiqamətdə Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazır olduğunu təsdiqləyib. Ancaq ABŞ hökumətinin öz nüvə triadasının inkişafı və möhkəmləndirilməsi ilə bağlı əhəmiyyətli xərcləri barədə susub.
“Bu, demokrat namizədə seçki xalları toplamaq istəyidir”, - nazir bildirib.
“AzPolitika.info”


Şərhlər