Türkiyə kəşfiyyatı da FETÖ-nün rəhbəri i Fətullah Gülənin ölümünü təsdiqləyir.
"AzPolitika" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: "FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.
Qeyd edək ki, Fətullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2016-cı il iyulun 15-də hakimiyyət çevrilişinə cəhd edərək, yüzlərlə insanın ölümünə və yararlanmasına səbəb olub.
***
Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülən ölüb.
"AzPolitika" Türkiyə mediasına istinadla xəbər verir ki, Gülənin aparıldığı xəstəxanada onun öldüyü bildirilib.
Gülənə yaxın olan "Herkül" saytı sosial media hesabından yaydığı açıqlamada bildirib ki, dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq.
Bundan başqa, Fətullah Gülənin bacısı oğlu Ebuseleme Gülən də sosial media hesabında paylaşdığı paylaşımla onun ölüm xəbərini təsdiqləyib.
Xəbəri Fətullah Gülənə yaxın şəxslər də sosial media hesablarında paylaşıblar.
Qeyd edək ki, bir müddət əvvəl Fətullah Gülənlə bağlı paylaşım sosial mediada trend olmuşdu. Görüntülərə əsasən Fətullah Gülənin ağlını itirdiyi bildirilirdi.
![]()

Şərhlər