Menu

Ruslar Çasov Yarda cəbhəni yarıb – Şəhərin mərkəzinə hücum gözlənilir

21.10.2024, 14:46
Ruslar Çasov Yarda cəbhəni yarıb – Şəhərin mərkəzinə hücum gözlənilir

Rusiya ordusu Donetsk vilayətinin Çasov Yar şəhərini ələ keçirməyə çalışır.

“AzPolitika” xəbər verir ki, “BILD” nəşrinin tanınmış analitiki Julian Röpkenin yazdığına görə, ruslar şəhərin müdafiəsini yarmağa müvəffəq olublar.

O qeyd edir ki, ruslar bir neçə ay ərzində Severski Donets-Donbass kanalını keçə bilməyiblər. Lakin cümə günü çeçen döyüşçüləri onu keçərək Çasov Yarın cənub kənarı ilə 2,5 km qərbə doğru irəliləyib: “Beş ay davam edən şiddətli döyüşlərdən sonra Rusiya ordusu Çasov Yarın cənubunda Ukrayna cəbhəsini yarıb. Kanalın 2,5 km arxasındakı sənaye binasına bayraq sancmış rus əsgərlərinin binaya qalxdığını və orada platsdarm hazırladığını görmək olar”.

Analitikin qeyd etdiyi kimi, çox güman ki, rus qoşunları qərbə doğru yox, şimala dönüb Çasov Yarın mərkəzinə doğru irəliləyəcəklər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol