Bu gün səhər saatlarında Bakı şəhərinə yağan güclü yağış yolları keçilməz vəziyyətə salıb.
"AzPolitika" xəbər verir ki, şəhərin mərkəzi küçə və prospektləri nəinki piyadalar, hətta avtomobillər üçün də keçilməz olub.
Paytaxtın Binəqədi rayonundan paylaşılan görüntülər isə yollardakı real mənzərəni gözlər önünə sərib. Belə ki, yollarda yığılıb qalan su metronun "Azadlıq" stansiyası istiqamətində hərəkət edən avtomobillərin hərkətinə böyük çətinlik yaradıb.
Həmin görüntüləri təqdim edirik:


Şərhlər
Qoy COP-29a gələn qonaqlar görsünlər ki, necə "analoqsuz inkişaf" yolundayıq biz və həmçinin bu inkişafı gözləri götürmədiyi üçün bizi qısqansınlar.
Bakıda tarixi daş binaları rəngləyib yaman günə qoyub milyonları mənimsəməkdənsə kanalizasiya sistemini yeniləyəydilər.