Menu

Netanyahuya təşkil olunan sui-qəsdin görüntüləri yayıldı - VİDEO

23.10.2024, 11:03
Netanyahuya təşkil olunan sui-qəsdin görüntüləri yayıldı - VİDEO

Bu yaxınlarda İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyədəki evinə təşkil olunan hücumun görüntüləri yayılıb.

“AzPolitika” xəbər verir ki, İsrail baş nazirliyindən verilən yazılı açıqlamada Netanyahunun evinin pilotsuz uçuş aparatı ilə hədəf alındığı təsdiqlənib.

İsrail mediası PUA-nın evin yataq otağının pəncərəsinə dəydiyini, lakin pəncərdə qoruma olduğundan içəri keçə bilmədiyini yazıb. Paylaşılan kadrlarda hücum nəticəsində şüşə qırıqlarının ətrafa səpələndiyi görülüb.

Nazirlikdən verilən açıqlamadan Netanyahu və həyat yoldaşının hücum zamanı evdə olmadıqları bildirilib.

Qeyd edək ki, sözügedən hücumla bağlı məsuliyyəti “Hizbullah” öz üzərinə götürüb. Bu barədə “Hizbullah”ın sözçüsü Mohammed Afif mətbuat konfransında məlumat verib.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol