Oktyabrın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Baş nazir Əli Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulayıb, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirib.
Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və başqaları yağıntının yaratdığı fəsadlar, onların ilkin məlum olan səbəbləri və aradan qaldırılması ilə bağlı məruzələrlə çıxış ediblər.
Ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edildi, müvafiq tapşırıqlar verilib.
Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi üçün təxirəsalınmaz addımların atılmasına dair tapşırıqlar verib.
Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırılıb.

Şərhlər
Kanalizasiya xətləri üçün ayrılmış yüzmilyonlarla manata kanalizasiya xətləri qurmalı olanların villalarında,obyektlərindədi əsas səbəb.Yapışın yaxalarından ki,məmurun ticarətlə məşğul olması qadağan olduğu halda o obyektləri,o villaları quruca maaşla haradan almısınız.Nələri varsa alın əllərindən hər şeylərini və o pullara Bakı üçün normal kanalizasiya tikin.Vəssalam.Yoxsa iclasla-filanla olmayacaq bu işlər.Bir azdan dünyanın hər yerindən Bakıya qonaqlar gələcək COP üçün,o günlərdə də beləcə yağsa nə edəcəksiniz?Qayıqla gəzdirəcəksinizmi onları küçələrdə?COP bu biabırçı günlərdə keçirilmiş olsaydı nə deyəcəkdiniz qonaqlara?
Əvvəllər də Bakıda belə yağışlı günlər olmuş və fəsadlar törənib.Müzakirələr edildi,,tapşırıqlar verldi və bu günə qədər heç bə dəyişmədi.Niyə?Deməli idarə etmədə qüsurlar mövcuddu Bundan başlamaq lazımdır.
Giya bunun iclasının bir nəticəsu olur? ptiçla qoymaq üçün tolantı.guya nəsə cidi nir nəticə olacaq? Olmayıb və olmayacaq.Nazirlər kabineti pensiyaçılar ittifaqıfır.
Cənab nazir bu yağıntının fəsadları kanalizasiya xətlərinə ayrılan pulların iri həcmli boru xəttlərini yeyib kiçik hıcimlii boru xəttləri ilə əvəz edilməsidir burada aydın olunmayan nə var axı bu işi görənləri cəzalandırmaq lazımdı buda baş vermədi deməli hər sahə belə olacaq
Toydan sonra nağara...
Nə deyim sizə!!!