Menu

"Koreyalıların müaharibədə iştirakı ilə bağlı məxfi saziş olub" - ABŞ nəşri

24.10.2024, 11:23
"Koreyalıların müaharibədə iştirakı ilə bağlı məxfi saziş olub" - ABŞ nəşri

İyun ayında Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq sazişində 1000-ə yaxın koreyalı hərbçinin Ukraynadakı müharibəyə göndərilməsinə dair məxfi bir bənd var idi.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” nəşrinə sazişin təfərrüatları barədə məlumat verən keçmiş rus kəşfiyyatçı danışıb.

Onun sözlərinə görə, bu min əsgərin ardınca Rusiyaya digər hərbi bölmələr də göndəriləcək. 

Nəşr yazır ki, hazırda Şimali Koreya qoşunlarının əksəriyyəti cəbhə xəttindən təhlükəsiz məsafədə cəmləşiblər. Cənubi Koreyanın kəşfiyyat agentliyinin məlumatına görə, bu yaxınlarda göndərilən Şimali Koreya qoşunları əvvəlcə Rusiyanın şərqindəki Vladivostok şəhərinə gəlib, orada rus hərbi geyimləri alıblar və daha sonra təlim keçmək üçün Rusiyanın Uzaq Şərqindəki şəhərlərə göndəriliblər.

Analitiklər deyirlər ki, Şimali Koreya qoşunları müharibədə müxtəlif tapşırıqları icra edə bilərlər. 

ABŞ nəşrinin yazdığına görə, Kim Çen In ordunun müasir hərbi taktikaları birbaşa müşahidə etmək və Şimali Koreya silahlarının döyüş meydanında necə performans göstərməsini öyrənmək üçün öz əsgərləriin Ukraynada döyüşməsinə icazə verib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol