Menu

"Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesini aktivləşdirə bilər" - Paşinyan

24.10.2024, 16:07
"Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesini aktivləşdirə bilər" - Paşinyan

Bakı və İrəvan Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə qüvvəyə mindikdən sonra 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlət sərhədlərinin delimitasiyası prosesini aktivləşdirə bilər.

“Report"un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatında çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycan və Ermənistan son aylarda dəfələrlə sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin azı 80-90 % hazır olduğunu bəyan ediblər.

Şərhlər

ƏNHU 2024-10-24 23:32:35

İt motaldan yapışan kimi bu da Almatının quyruğundan yapışıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol