Menu

Kazan görüşündən çıxan nəticə... – “Bakıya ABŞ-nin dəqiq mövqeyi lazımdır”

24.10.2024, 22:27
Kazan görüşündən çıxan nəticə... – “Bakıya ABŞ-nin dəqiq mövqeyi lazımdır”

“Azərbaycan və Ermənistan liderləri arasında Kazanda keçirilən görüş xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanmasını sürətləndirmək tapşırığının verilməsilə başa çatıb".

"AzPolitika" xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov Əliyev-Paşinyan görüşünü şərh edərkən deyib.

"Müsbət dinamika ABŞ Prezidenti Baydenin məktubundan sonra ortaya çıxdı və liderlər onun məktubunu BRİKS sammiti çərçivəsində müzakirə etdilər", - o əlavə edib.

"Biz Ermənistanla razılaşacağıq, amma Fransanın aqressivliyi və ABŞ-nin mövqeyindəki qeyri-müəyyənlik qalır. Xüsusilə 2023-cü ilin sentyabr hadisələri məsələsində", - təhlilçi vurğulayıb

F.Məmmədov bildirir ki, 2023-cü ilin sentyabr hadisələri ilə bağlı ABŞ-nin dəqiq mövqeyi Azərbaycan üçün vacibdir. Onun sözlərinə görə, ABŞ Ermənistana araşdırma qrupları göndərdiyi üçün onların gəldiyi nəticələr ictimaiyyətə açıqlanmalıdır: "Əks halda, amerikalı diplomatların ikimənalı bəyanatları qeyri-müəyyənlik yaradır. Necə deyərlər, Bakıya mövqe lazımdır, mövqe..."

"AzPolitika.info"

Şərhlər

B.Qarabağlı 2024-10-25 10:23:04

İrəvanın son dörd illik siyasəti də təsdiq edir ki, Ermənistanla nəinki sülh, bütün itgilərin, zərər-ziyanların rəsmi ödənmə öhdəliyi olmadan və ümumiyyətlə Azərbaycanın hər hansı müqaviləsi itaətkarlıq deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol