Avropa İttifaqında Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi perspektivindən narahatdırlar. Çoxları gözləyir ki, Tramp Avropa ilə ticarətdə sərt addımlara gedəcək.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Donald Tramp ticarət əlaqələri kontekstində Avropa İttifaqını “mini Çin” adlandırıb: “Aİ bizim maşınlarımızı, kənd təsərrüfatı məhsullarımızı qəbul etmir. Onlar heç nə qəbul etmirlər. Aİ ilə 312 milyard dollarlıq (ticarət) kəsirimiz var. Bilirsiniz, Aİ mini... o qədər də kiçik olmasa da - mini Çindir".
Lakin mütəxəssislər ABŞ - Avropa ticarətindəki kəsirlə bağlı Trampın dediklərinin şişirdilmiş rəqəmlər olduğunu bildirirlər. Aİ-nin “Eurostat” statistika agentliyinin məlumatına görə, ötən il ABŞ-nin Avropa İttifaqı ilə ticarətində kəsir ikincinin xeyrinə olmaqla 157,9 milyard avro təşkil edib. Bu da Trampın dediyi 312 milyard yox, 170,54 milyard dollara bərabərdir.
“AzPolitika.info”


Şərhlər