Menu

Xədicə İsmayıl həbsdə qaldı- Məhkəmə qapalı keçirilib

11.12.2014, 15:04
Xədicə İsmayıl həbsdə qaldı- Məhkəmə qapalı keçirilib

Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın həbsinə dair birinci instansiya məhkəməsinin qərarından şikayətə baxılıb. İşə hakimi Abid Abdinovun sədrliyi ilə baxılıb.

Xədicə İsmayıla dəstək məqsədilə məhkəmə binasının önünə xeyli ictimai-siyasi fəal toplaşıb. Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədrinin müavinləri Nurəddin Məmmədli, Əbülfəz Qurbanlı və Rəyasət Heyətinin üzvləri, ReAl İdarə Heyətinin üzvü Erkin Qədirli, gənc fəallar, jurnalistin həmkarları və yaxınları prosesdə işitrak üçün gəliblər.

Ancaq məhkəmə qapalı keçirilib. Vəkil Elton Quliyev deyib ki, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Dekabrın 5-də Səbail rayon məhkəməsi Xədicə İsmayılı 2 aylıq həbs qərarı çıxarıb. Jurnalist cinayət məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi üzrə təqsirləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol