Menu

Gürcü müxalifəti xalqa çağırış etdi - Liderlərin mesajı

26.10.2024, 12:09
Gürcü müxalifəti xalqa çağırış etdi - Liderlərin mesajı

Gürcüstan müxalifətin liderləri öz tərəfdarlarını ölkənin gələcəyinə səs verməyə çağırıblar.

“Bu gün gələcək onillikləri müəyyən edəcək həlledici gündür. Xahiş edirəm, seçkilərə gedin, iştirak edin, daha böyük perspektiv əldə etmək üçün bizə mümkün qədər fəallıq lazımdır”, - deyə “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadze səsvermədən sonra bildirib.

"Gürcüstan, əminəm ki, bu çətin zamanda birləşəcək və axşam biz birlikdə böyük qələbəni qeyd edəcəyik" - deyə, Vaşadze əlavə edib.

"Gürcüstan" partiyasının lideri Giorgi Qaxaria hesab edir ki, seçkilərin nəticəsi ölkənin “normal, demokratik, azad, ədalətli Avropa inkişafı yoluna qayıtmasını” müəyyən edəcək.

“Qirçi – Daha Azadlıq” partiyasının lideri Zurab Caparidze Gürcüstanın Aİ və NATO gələcəyinə səs verdiyini deyib: “Əminəm ki, bu ölkənin vətəndaşları son nəticədə bu ölkəyə rəhbərlik etmək seçimini edəcəklər. Bu ölkə NATO-nun və 5-6 ildən sonra Avropa Birliyinin tamhüquqlu üzvü olacaq...”

Onun “Dəyişiklik Koalisiyası”ndakı tərəfdaşı, “Axali” partiyasının lideri Nika Qvaramiya isə müxalifətin “birmənalı” qələbəsinə əmindir.

Xatırladaq ki, bu gün səhər saatlarında Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakimiyyətdə olan partiyanın seçkilərdə 60%-ə qədər səs toplayacağına əmin olduğunu bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol