Təl-Əvivin şimalında yük maşını İsrail əsgərlərinin dayandığı avtobus dayanacağına çırpılıb.
"AzPolitika" Türkiyə mediasına istinadən xəbər verir ki, dayanacağın yaxınlığında MOSSAD-ın qərargahlarından biri yerləşir. Hadisə zamanı dayanacaqda olan əsgərlər də İsrail ordusunun kəşfiyyat bölməsinin əsgərləri olub.
Hadisə zamanı 10-u ağır olmaqla 40 -dan artıq kəşfiyyat bölməsi əsgərinin yaralandığı bildirilir. Bəzi məlumatlara görə, onlardan 5-i artıq ölüb.
Qeyd edilir ki, qəza zamanı yük maşınının sürücüsü həlak olub. Sürücünün İsrail vətəndaşı olan fələstinli olduğu bildirilir.
İsrail polis qəzanın terror aktı olduğunu bəyan edib. Ancaq hadisənin İsrail rejiminin özü tərəfindən Fələstindəki qətliamları davam etdirmək üçün təşkil edildiyinə dair iiddialar da var.
"AzPolitika.info"

Şərhlər