Suraxanıda yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər 11 il 3 ay müddətində azadlıqdan məhrum edilib.
Prokuror da onların 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.
Qeyd edək ki, hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb. Yusif və Allahverdi Mahmudovlar yeznələri Ağasəlim Məmmədovu öldürməyə cəhddə təqsirli bilinərək həbs ediliblər.
Onlar barəsində Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.


Şərhlər