Menu

Prezident Bakıda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - FOTOLAR (Yenilənib)

30.10.2024, 21:17
Prezident Bakıda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - FOTOLAR (Yenilənib)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına burada həyata keçirilən abadlıq və yenidənqurma işləri, yeni salınan parkda yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb.

Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.









Şərhlər

Veteran 2024-10-30 23:51:38

Bəs su basan yerlərin aqibəti necə olacaq ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol