Menu

ABŞ Rusiya müdafiə nazirinin 3 müavininə sanksiya tətbiq edib

30.10.2024, 18:48
ABŞ Rusiya müdafiə nazirinin 3 müavininə sanksiya tətbiq edib

ABŞ-nin Maliyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

APA-nın məlumatına görə, yenilənmiş siyası qurumun rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, məhdudiyyətlərin tətbiq olunduğu şəxslər arasında Rusiyanın müdafiə nazirinin müavinləri Pavel Fradkov, Aleksandr Fomin və Viktor Qoremıkin də var.

Bununla yanaşı, Rusiyada fəaliyyət göstərən “Transmaşholdinq” şirkətinin baş direktoru Kirill Lipa da məhdudiyyətlərlə üzləşib.

Yenilənmiş siyahıda ümumilikdə 32 nəfərin və çox sayda Rusiya şirkətinin adları yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol