Menu

Donald Tramp Viskonsin ştatından zibil maşını ilə keçib

31.10.2024, 08:29
Donald Tramp Viskonsin ştatından zibil maşını ilə keçib

ABŞ prezidenti Co Bayden Donald Trampın tərəfdarlarını zibillə müqayisə etdikdən sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp zibil maşını ilə Viskonsin ştatından keçib.

APA xəbər verir ki, bununla bağlı video çərşənbə günü Trampın seçki kampaniyasının “X” səhifəsində yerləşdirilib.

"Mənim zibil maşınım haqqında nə düşünürsünüz? Bu, ABŞ-ın vitse-prezidenti Kamala Harris və Co Baydenin şərəfinə olan yük maşınıdır", - deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 29-da Bayden ABŞ-da gördüyü yeganə üzən zibilin Trump tərəfdarları olduğunu deyib.

Tramp tərəfdarları Baydenin onlara qarşı təhqirlərini iyrənc adlandırıblar. Onların fikrincə, Bayden ABŞ əhalisinin yarısını zibil adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol