Menu

Culfada yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb

03.11.2024, 18:38
Culfada yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Ərəzin-Əbrəqunus yolunda qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü Mərhəmət Nəsirli xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol