Menu

Azərbaycanda növbəti bələdiyyə seçkiləri nə vaxt keçiriləcək? - Rövzət Qasımov açıqladı

04.11.2024, 20:21
Azərbaycanda növbəti bələdiyyə seçkiləri nə vaxt keçiriləcək? - Rövzət Qasımov açıqladı

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq.

Bu barədə “Report”a eksklüziv açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

MSK sədrinin müavini qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.

"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib" - deyə, R.Qasımov bildirib.

Şərhlər

Cəmşid Dərələyəzli 2024-11-05 07:06:41

Yaxşı olar ki, öncə Bələdiyyələrin səlahiyyətlərinin genişlənməsi məsələsi gündəmə gələrdi. Sanıram biz bu məsələdə çox gecikirik. Özü də çox-çox. Çünki, Məsələ uzandıqca halimiyyətin qollarında biri daha çox mütləq hakimləşir ki, bu da ölkədə Dövlət Başçısının qarşıya qoymuş olduğu hədəflərə ulaşmaqda sadəcə zaman almış olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol