Menu

“Müharibələri dayandıracağam” – Tramp

06.11.2024, 12:28
“Müharibələri dayandıracağam” – Tramp

Özünü artıq ABŞ prezident seçkilərinin qalibi elan edən Donald Tramp öz iqamətgahında tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, dünyadakı müharibələri dayandırmaq niyyətindədir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp tərəfdarlarına özünün əvvəlki prezidentliyi dövründə müharibələrin olmadığını xatırladıb: “Dörd il ərzində (2017-ci ildən 2021-ci ilə qədər) İŞİD-i məğlub etməyimizdən başqa heç bir müharibə olmadı. Biz onu rekord müddətdə məğlub etdik, lakin heç bir müharibə aparmadıq. Mən müharibələrə başlamaq yox, onları dayandırmağa qərarlıyam”.

O qeyd edib ki, Birləşmiş Ştatların güclü və qüdrətli ordusu var, lakin ideal variant ondan istifadə etməməkdir. Prezidentlik yarışı zamanı Tramp dəfələrlə bəyan edib ki, qalib gəlsə, 2025-ci il yanvarın 20-də rəsmi səlahiyyətlərinin icrasına başlamazdan əvvəl Ukraynada müharibəni dayandıra biləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol