Menu

“Böyük planlarımız var!” – Tramp Orbana zəng edib

07.11.2024, 12:51
“Böyük planlarımız var!” – Tramp Orbana zəng edib

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Macarıstan Baş naziri Viktor Orbana zəng edib.

“AzPolitika” xəbər verir ki, bunu Orban öz sosial şəbəkə səhifəsində yazıb.

Baş nazir Trampla telefon danışığından sonra “gələcək üçün böyük planların olduğunu” açıqlayıb: "Mar-a-Laqodan (Trampın iqamətgahı-red.) zəng. Seçkidən sonra Prezident Donald Trampla ilk telefon danışığım oldu. Gələcək üçün böyük planlarımız var!"

Orban həmçinin qeyd edib ki, Trampın qələbəsi “ABŞ-nin siyasi tarixində ən böyük dönüşdür”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol