Menu

Qəzzada qətlə yetirilən fələstinlilərin sayı 43,5 min nəfəri ötdü

08.11.2024, 19:47
Qəzzada qətlə yetirilən fələstinlilərin sayı 43,5 min nəfəri ötdü

İşğalçı İsrail ordusunun Qəzza sektorunu işğal etməsi və bombardmanlara məruz qüoyması nəticəsində şəhid edilən  fələstinlilərin sayı 43 508 nəfərə, yaralıların sayı isə 102 684 nəfərə yüksəlib.

Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində işğalçıların 39 fələstinlini qətlə yetirdiyini, daha 123 nəfəri isə yaraladığını açıqlayıb.

BMT-nin məlumatına görə, İsrail ordusunun Qəzza sektorunu işğal etməsi və soyqrım siyasəti həyata keçirməsi səbəbindən əhalinin 85 faizi məcburi köçkün vəziyyətinə düşüb. Eyni zamanda, işğalçılar Fələstin anklavında infrastrukturun 60 faizini dağıdıb.

Təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığı Qəzza zolağında qətlə yetirilənlərin təxminən 70%-nin qadın və uşaqlar olduğunu iddia edən hesabat yayıb. Bu da İsrail rejimini və onu dəstəkləyən Qərbin əsl sifətini ortaya qoyur.  

"Azpolitika.info" 



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol