Menu

Prezidentin köməkçisi açıqladı - COP29 gec bitə bilər

09.11.2024, 13:02
Prezidentin köməkçisi açıqladı - COP29 gec bitə bilər

COP29-la bağlı hazırlıq işləri 100 faiz tamamlanıb. Bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdə məlumat verib.

Onun sözlərinə görə, tədbiri işıqlandırmaq üçün 3 500 media nümayəndəsi akkreditasiyadan keçib və onların bir çoxu artıq Azərbaycandadır.

A.Ələkbərov həmçinin bildirib ki, COP29-un keçiriləcəyi Bakı Stadionunun bir çox ərazilərində işlər artıq 100 % tamamlanıb, stadiondakı zonalarda isə bütün hazırlıq işləri başa çatıb.

Prezidentin köməkçisi deyib ki, 29 otaqda iclaslar təşkil ediləcək: "Artıq tədbir məkanında noyabrın 5-dən COP29-la bağlı aktiv müzakirələr aparılır".

O, COP29 iştirakçılarının qidalanma məsələsinə də toxunub: "Qidalanma məsələsinə hazırlıq çərçivəsində tam diqqət yetirilib. Bunun üçün xüsusi portal yaradılıb və artıq sifarişlər də alınıb".

Məlumat verilib ki, "Yaşıl Zona"da 58 yerli və xarici şirkət pavilyonlar qurub.

A.Ələkbərov qeyd edib ki, noyabrın 11-də COP29 tədbirinin rəsmi açılış mərasimi olacaq: "Noyabrın 12-13-də Liderlər Sammiti keçiriləcək, noyabrın 12-də isə "Yaşıl Zonada birinci xanımların görüşü baş tutacaq. Tədbir noyabrın 22-də rəsmi olaraq yekunlaşsa da, danışıqlardan asılı olaraq bu tarix uzana da bilər".

Eyni zamanda COP29-un rəsmi açılış mərasimində təxminən 40 dəqiqə Azərbaycan mədəniyyətinin təqdim olunacağı vurğulanıb.

Tədbirin keçiriləcəyi müddətdə şəhər ərazisində fəaliyyət göstərən restoran və kafelərdə isə hər hansı məhdudiyyətlərin olmayacağı diqqətə çatdırılıb./Ajans.az/

Şərhlər

Kasıb 2024-11-10 09:58:58

Yaxşı hər şeyi onlar üçün pulsuz edin ciblərinə də pul qoyun lazım gəlsə bir neçə ay da qalarlar. Millət xalq isə pis gündədirlər. Rus demişkən bu risovkalıq nəyə lazımdır xalqın bu çətin vəziyyətində

Kőhne 2024-11-09 23:00:16

Yənı haçan ıstesek qonaqlarımızı yola salacagıq.

Arif 2024-11-09 14:01:13

Camaata COP lazımdır, bunun hakimiyyətdən başqa xalqa heç bir xeyri yoxdur. Camaatı incidirsiz, yolları bağlayırsız nə var nə yox tədbir keçirdirik. Ağlı başında olan hansı hökümət öz xalqına əzab verib tədbir keçirir. Ancaq bu bizimkilərdən çıxan bir işdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol