Menu

Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib - 83 dron zərərsizləşdirilib

13.11.2024, 12:33
Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib - 83 dron zərərsizləşdirilib

Rusiya yenidən İran dronları ilə Ukraynaya genişmiqyaslı hücuma keçib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının rəsmi “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Ukrayna qüvvələri hücumlar zamanı 83 ədəd İran istehsalı olan "Şahid" dronunu zərərsizləşdirib.

Eyni zamanda iki ədəd "X-101" və iki ədəd “İsgəndər-M/KN-23” raketləri də vurulub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol