Menu

Əfsanəvi Ronaldinyo “Dəniz Mall”da kimsəsiz uşaqlarla görüşüb - VİDEO

13.11.2024, 16:54
Əfsanəvi Ronaldinyo “Dəniz Mall”da kimsəsiz uşaqlarla görüşüb - VİDEO

Dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, “Barselona” və digər məşhur klublarda çıxış etmiş Ronaldinyo “Dəniz Mall” Ticarət Mərkəzində kimsəsiz uşaqlarla bir araya gəlib.

"Report" xəbər verir ki, əfsanəvi futbolçu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi və 1 saylı əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefesiarları ilə görüşüb.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş futbolçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam Azərbaycana gəlib.

Şərhlər

ƏNHU 2024-11-13 23:40:15

Praktiki fəaliyyətini sıfırlamış və əhəmiyyətini çoxdan itirmiş birini korafəhim bir pərəstişlə COP-a gətirmək tədbirə rəng qatmaq deyil. Qonaq sahibinin kimlərlə oturub-durduğunun növbəti nümayişidir. B.b. S.b.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol