Menu

Paris və London da Ukraynaya Rusiyaya zərbə endirməyə icazə verib

18.11.2024, 01:25
Paris və London da Ukraynaya Rusiyaya zərbə endirməyə icazə verib

Xəbər verdiyimiz kimi, dünən “Le Figaro” qəzeti Fransa və Böyük Britaniyanın Ukraynaya uzaq mənzilli silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə verdiyinə dair məlumat yayıb.

"AzPolitika" xəbər verir ki, bu məlumatı təsdiqləyən "The Economist" jurnalı öz mənbələrinə istinadən yaydığı məlumatda NATO-nun Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verdiyi barədə iddialar irəli sürülüb. Jurnal bununla bağlı yaydığı məqalədə bu addımın gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı ciddi suallar doğurduğunu qeyd edir.

Məqalədə vurğulanır ki, Ukraynanın uzaqmənzilli raketlər vasitəsilə Rusiya paytaxtı Moskvanı hədəf alması ehtimalı beynəlxalq münaqişəni daha da dərinləşdirə bilər. NATO-nun belə bir qərar qəbul etməsi, Rusiya ilə Qərb arasında artıq mövcud olan gərginliyi yeni səviyyəyə qaldıra bilər.

Əsas suallardan biri NATO qoşunlarının birbaşa Rusiya ilə toqquşma ehtimalıdır. Jurnal qeyd edir ki, belə bir ssenari baş verərsə, bu, Üçüncü Dünya Müharibəsinin başlanğıcı ola bilər. NATO-nun bu cür strateji qərarları hər iki tərəfdə güclü reaksiya ilə qarşılanır.

Məqalədə həmçinin Rusiyanın belə bir ssenaridə cavab olaraq nüvə zərbəsi endirmə ehtimalı nəzərdən keçirilir. Bu ehtimalın reallaşmasının qlobal səviyyədə böyük fəlakətlərə səbəb ola biləcəyi qeyd olunur.

"The Economist" qeyd edir ki, münaqişənin daha da genişlənməsinin bütün dünya üçün dağıdıcı nəticələr doğura bilər.

***

Fransa və Böyük Britaniya Ukraynaya uzaq mənzilli silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə veriblər.

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, rəsmi Kiyev bu məqsədlər üçün "SCALP/Storm Shadow" raketlərindən istifadə edə biləcək.

Daha əvvəl “The New York Times” mənbələrə istinadən ABŞ Prezidenti Cozef Baydenin Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verməsi barədə məlumat yayıb. Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol